İdman

Avropa çempionu olmuş gimnast: “Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik”

Sharing is caring!


“Yarış istədiyimiz keçdi. Rəqib komandaların güclü olmasına baxmayaraq, qalib olacağımıza inanırdıq. Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik və olduq”.

“Report” xəbər verir ki, bunu Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının qızıl medal qazanmış üzvü Ağasif Rəhimov deyib.

“Xallarımız yüksək idi, hər kəsdən çox irəlidə olduq. 2021-ci ildəki Avropa çempionatında cüzi fərqlə ikinci olmağımızdan dərs çıxardaraq maksimum xal topladıq”, – gənc idmançı vurğulayıb.

Xatırladaq ki, Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir