İdman

Stolüstü tennisçilərimiz Batumidə erməniləri məğlub edərək daha dörd medal qazandılar

Sharing is caring!


Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha dörd medal qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə – Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova – Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.

Aylin Əsgərova – Hüseyn Eylazov və Zemfira Mikayılova – Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, stolüstü tennisçilərimiz daha öncə beş bürünc medal qazanıblar.

Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində qarşılaşdıqları səkkiz erməni idmançısı üzərində inamlı qələbələrə seviniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir