İdman

Azərbaycan millisinin sabiq futbolçusu: “Qarabağ” “Molde”ni məğlub edə bilər”

Sharing is caring!


“Təmsilçimiz bu qarşılaşmada qələbə qazana bilər. Məncə, elə meydana da qalibiyyət üçün çıxacaqlar”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın Bakıda Norveç “Molde”sinə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu ilə bağlı danışarkən deyib.

44 yaşlı sabiq yarımmüdafiəçi Elitseriya təmsilçisinin Azərbaycan çempionunun “dişinə görə” rəqib olduğunu söyləyib:

“Nəzərə almalıyıq ki, “Molde” möhkəm kollektivdir. Amma “Qarabağ”ın avrokubok təcrübəsi də var. Qrupda ən azı ikinci yeri tutmaq istəyiriksə, bu görüşdə mütləq qalib gəlməliyik. Komanda bunu bacara biləcək gücdədir. Onlara uğurlar arzulayıram və qələbə qazanacaqlarına inanıram”.

Sultanov “köhlən atlar”ın formasının zirvəsinə çatmaq üzrə olduğunu vurğulayıb:

“Mövsümün startında bir az çatışmazlıqlar olur və futbolçular getdikcə öz oyunlarını bərpa edirlər. Komanda hazırlıq dönəmində tam istədiyi oyunu sərgiləyə bilmir. “Qarabağ” həmişə bununla üzləşib. Nə qədər çox matç oynasan, formaya daha tez düşürsən”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir