İdman

“Neftçi”nin sabiq prezidenti “Fənərbağça”nın oyununa təyinat alıb

Sharing is caring!


“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

“Report”un məlumatına görə, o, Türkiyədə “Fənərbağça” və Danimarkanın “Norşellann” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin I turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir