Dünya

“Barselona”da Pedri problemi

Sharing is caring!


“Barselona”nın zədəli futbolçusu Pedrinin sağalması ləngiyir.

20 yaşlı yarımmüdafiəçi yaşıl meydanlara planlaşdırılan vaxtdan gec qayıdacaq. Onun oktyabrın sonuna qədər oynayacağı gözlənilmir.

Kataloniya təmsilçisi oyunçu ilə bağlı risk etməyəcək. O, tam sağaldıqdan sonra məşqlərə başlayacaq.

Daha əvvəl gənc ulduzun oktyabrın ortalarında meydana çıxa biləcəyi bildirilirdi.

Qeyd edək ki, Pedri avqustun sonunda sağ ayağından zədə alıb.

Mənbə: sport.es

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir