İdman

Romada “qol yağışı” – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının IV turunda “Roma” öz meydanında “Empoli” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, “canavarlar” bu görüşdə rəqibini darmadağın ediblər – 7:0.

“Roma”nın qollarını dubl edən Paulo Dibala, Renat Sanşeş, Brayan Kristante, Romelu Lukaku və Canluka Mançini vurublar. Qonaq komandanın heyətində Alberto Qrassi avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarını dördə çatdıran “Roma” 12-cidir. Hələ də xal qazana bilməyən “Empoli” sonuncu – 20-ci pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir