İdman

Son İtaliya çempionu səfərdə büdrədi – VİDEO

Sharing is caring!


Son İtaliya çempionu “Napoli” A Seriyasının IV turunda xal itkisi ilə üzləşib.

Oxu.Az xəbər verir ki, Neapol klubu səfərdə “Cenoa” ilə bacarmayıb – 2:2.

Meydan sahibləri 40-cı dəqiqədə Mattia Bani və 56-cı dəqiqədə Matteo Reteqinin qolları ilə üstünlük qazansalar da, bunu qoruya bilməyiblər. 76-cı dəqiqədə Cakomo Raspadori, səkkiz dəqiqə sonra Matteo Politano fərqlənərək “Napoli”ni məğlubiyyətdən xilas ediblər.

Bu nəticədən sonra Neapol klubu yeddi xalla beşincidir. “Cenoa” isə dörd xalla 12-ci pillədə qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir