Dünya

Sibirdə COVID-19 səbəbilə məktəblər bağlanır

Sharing is caring!


Rusiyanın Altay diyarında COVID-19 ilə əlaqədar altı məktəb tamamilə karantinə alınıb.

Bu barədə istehlakçı hüquqlarının müdafiəsi üzrə regional dövlət qurumu məlumat yayıb.

Məlumata görə, avqustun sonunda bir sıra ölkələrdə koronavirusun yeni dalğası qeydə alınıb. Rusiyada da respirator virus xəstəliklərində mövsümi artım var. Eyni zamanda, COVID-19 da aktiv şəkildə yayılır.

Belə ki, Altay diyarında 49 məktəbin 328 sinifində karantin məhdudiyyətləri qismən qüvvədədir. Altı məktəb isə tamamilə karantinə bağlanıb. Mütəxəssislər bütün yaşlarda olan uşaqlar arasında yoluxma hallarının artımını qeyd edirlər.

Mənbə: krasnoyarsk.dk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir