İdman

İlahə Qədimova: “Uğurlu çıxışın davam edəcəyinə inanırıq”

Sharing is caring!


“Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova yeniyetmələrin Rumıniyada baş tutan Avropa çempionatında dörd qızıl, iki gümüş və bir bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

O, bu yarışda yeddi medalın əldə olunmasını böyük uğur hesab edib:

“Bunlardan dördünün qızıl olmasını xüsusi qeyd etmək istərdim. Bizim şahmatçılar əvvəllər heç vaxt qitə çempionatında dörd qızıl medal qazanmayıblar. Bu, ilkdir, tarixi uğurdur. Federasiyanın son illər gördüyü sistemli işin nəticəsidir. Bu münasibətlə şahmatçıları, onların məşqçilərini, valideynlərini təbrik edirəm. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaqlar. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”.

Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir