Kriminal

Masazırda 11 yaşlı uşaq bıçaqlandı

Sharing is caring!

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xəbəral.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Uşaq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir