İdman

Premyer Liqa: “Kəpəz” “Səbail”lə, “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

İlk olaraq “Kəpəz” “Səbail”i qəbul edəcək.

Gəncə təmsilçisi dörd xalla doqquzuncu, “dənizçilər” yeddi xalla altıncı pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə bölgə klubu, dördündə “Səbail” qələbə qazanıb. Bir matçda qalib müəyyənləşməyib. Topların nisbətində qonaqların minimal üstünlüyü var – 11:10.

Günün digər qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Ağ-qaralar” səkkiz xalla üçüncü, Naxçıvan təmsilçisi yeddi xalla 7-ci sıradadır. Tərəflər bu vaxtadək çempionatda dörd dəfə görüşüblər. Bunların üçündə “Neftçi” qələbə qazanıbsa, bir oyun heç-heçə yekunlaşıb. Meydan sahibləri bakılılara qol vura bilməyib və qapılarında 16 top görüblər.

Azərbaycan Premyer Liqası

VI tur

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Dalğa Arena”

Qeyd edək ki, turun ilk matçında “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları sentyabrın 17-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir