İdman

PSJ öz meydanında uduzdu – VİDEO

Sharing is caring!


Fransa Liqa 1-də 5-ci turun ən maraqlı oyunu başa çatıb.

Parisin “Park de Prens” stadionunda PSJ və “Nitsa” arasında keçirilən matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Mbappe PSJ-nin heyətində iki qol vursa da, bu, kifayət etməyib.

Beləliklə, də paytaxt komandası cari çempionatda ikinci məğlubiyyətini alıb və Liqa 1-in turnir cədvəlində “Nitsa”dan da geri düşüb. Hazırda Luis Enrikenin komandası 5 oyundan səkkiz xal toplayaraq üçüncü pillədə qərarlaşıb. “Nitsa” isə 9 xalla ikincidir. Çempionata “Monako” başçılıq edir (10 xal).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir