İdman

CAS qərar verdi: BƏƏ klubu “Sabah”a ödəniş etməlidir

Sharing is caring!


İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələ ilə bağlı qərar verib.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FIFA-nın daha öncə klubumuzun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olması qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir