İdman

Bakıda “FIFA 2023” üzrə birinciliyə start verildi – FOTO

Sharing is caring!


Azərbaycanın kiberidman təşkilatı “Cyber Athletics Azerbaijan” “FIFA 2023” üzrə çempionatın seçim mərhələsinə başlayıb. Diqqəti cəlb edən xüsusiyyət turnirdə yaş limitinin olmamasıdır.

Təşkilatın kiberidman üzrə direktoru Riad Vəliyev bildirir ki, əsas məqsəd gənc nəslə virtual idmana maraq aşılamaq və valideynlərə kiberidmanın perspektivlərini nümayiş etdirməkdir. Hazırda turnirdə qeydiyyatdan keçmiş ən gənc oyunçunun dörd yaşında olduğu qeyd olunur.

24 sentyabr tarixinə qədər hər həftəsonu seçim mərhələləri keçiriləcək. Finalda isə ən güclü oyunçular 4 000 manat dəyərində mükafat fondu uğrunda mübarizə aparacaqlar. Birinciliyə qeydiyyat “ITicket.az” saytı vasitəsilə keçirilir və hələ də davam etməkdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir