İqtisadiyyat

Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu” – FOTO

Sharing is caring!


“2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu”.

Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook”da paylaşım edib.

Paylaşımda bildirilir:

“Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər.

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşdük. 

Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir