İdman

Super Liqa klubuna keçən Renat Dadaşov: “Həyatımda yeni mərhələ başlayır”

Sharing is caring!


İsveçrənin “Qrashoppers” klubundan icarə əsasında Türkiyə Super Liqa təmsilçisi “Hatayspor”a keçən Azərbaycan millisinin üzvü Renat Dadaşov sabiq komandası ilə vidalaşıb.

24 yaşlı hücumçu bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Kluba olan minnətdarlıq hissimi sözlə ifadə etmək asan deyil. “Həyatımda yeni mərhələ başlayır. “Qrasshoppers”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram”, – deyə R.Dadaşov yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir