İdman

Yeni transfer edə bilməyən “Qarabağ” aparıcı futbolçularını itirir?

Sharing is caring!


Azərbaycanda yay transfer pəncərəsi bağlanır, klublar transferdə son fəallıqlarını göstərirlər.

Sports.az xəbər verir ki, “Qarabağ” Qurban Qurbanovun 1-2 futbolçu almaq istədiklərini söyləməsinə baxmayaraq yeni transfer edə bilməyib.

Əksinə, Andrey Lunyovun gəlişindən sonra Qurban Qurbanova komandadan getmək istədiyini bildirən Luka Quqeşaşvilinin yaxşı təklifi var. Gürcüstan millisinin üzvünün icarə əsasında mövsümü başqa klubda keçirəcəyi istisna deyil.

24 yaşlı qapıçının “Olimpiya” ilə oyunlardakı performansı “Qarabağ”ın rəhbərliyini razı salıb və onun qalacağı təqdirdə bu mövsüm klubun “1 nömrəsi” olacağını gözləyə bilərik. Amma Quqeşaşvili qeyri-müəyyən durumundan narahatdır və sabit oynaya biləcəyi kluba keçmək istəyir.

“Qarabağ”ın aparıcı futbolçularından olan Marko Veşoviç də klubdan ayrılmaq istəsə yəqin ki, heç kim təəccüblənməz. Zədəli cinah müdafiəçisinin yerinə “Qarabağ” artıq Mateus Silvanı transfer edib. Bu mövqedə başqa bir zədəli Abbas Hüseynov və kapitan Maksim Medvedevin də olduğunu nəzərə alsaq, Çernoqoriya millisinin üzvünə yaxşı təklif gəlsə, onun da Qurban Qurbanovun komandasını tərk edəcəyini gözləyə bilərik.

Tezliklə “Qarabağ”ı kimin tərk edib-etməyəcəyi məsələsinə aydınlıq gələcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir