Cəmiyyət

İNSAN HÜQUQLARININ FƏAL MÜDAFİƏÇİSİ

Sharing is caring!

Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, “ Ailəyə olan hörmət – Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir”. Bu mənada “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Forumun Bakıda keçirilməsi qadınların cəmiyyətin həyatındakıfəal mövqeyini bir daha təsdiq edir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olundu, təcrübə mübadiləsi aparıldı, eləcə də yeni təşəbbüslər irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun getdikcə gücləndiyini bir daha sübut edir. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII Konfaransında Mehriban Əliyevanın proqram çıxışı cəmiyyətimizdə geniş müzakirələrə səbəb olmuşdur. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur mövzusunda Konfransda qaldırılan məsələlər, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqlar ilə bağlı geniş və əhatəli çıxışı beynəlxalq diqqətin ölkəmizə yönəldilməsinə imkan yaratmışdır. 2017-ci ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın təşkil olunması, onun təşəbbüsü ilə ayrıca sessiyanın keçirilməsi, bu mövzu ətrafında fəal müzakirələrin aparılması və tövsiyələrin qəbul edilməsi dünyada qadınların, əsasən də qızların hüquqlarının müadfiəsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.
Erməni işğalçıları üzərindəki Böyk Qələbimizdən əvvəl xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlı idi. Bu mənada Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasında olub. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdur. Cənab Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti, bərpa və təmir işləri aparılır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş ərazilərin yenidən qurulması insanlarda gələcəyə inamı daha da artırır. Xüsusilə bu istiqamətdə keçirilən tədbirlər əhalidə böyük ruh yüksəkliyi yaradır. Vətəndaşlarımız bu işdə göstərdiyi fədakarlığa görə elimizin cəsur qızı Mehriban xanıma dərin təşəkkürünü bildirir, onu ad günü münasibətilə ürəkdən təbrik edirlər.
Fərqanə Məmmədova, YAP Cəlilabad rayon təşkilatı Qadınlar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir