İdman

Saynz İtaliya Qran-prisinə ilk sırada başlayacaq

Sharing is caring!


“Ferrari” komandasının pilotu Karlos Sayns “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsi zamanı ən yaxşı vaxtı göstərib.

İspaniyalının nəticəsi 1 dəqiqə 20,294 saniyə olub. Sayns üçün bu, mövsümün ilk poul mövqeyidir.

İkiqat çempion və cari çempionatın lideri Maks Verstappen (Red Bull) Saynsa 0,013 saniyə uduzaraq ikinci yerdə qərarlaşıb. Üçüncü nəticəyə isə Şarl Lekler imza atıb.

Xatırladaq ki, Monzadakı yarış bazar günü, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mənbə: sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir