İdman

“Liverpul”, “Roma” və başqaları – Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı gözləyənlər

Sharing is caring!


Sabah UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları dəqiqləşəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” pley-off mərhələsinin cavab oyununda “Olimpiya” (Sloveniya) ilə qarşılaşacaq. Səfərdə iki cavabsız qolla qələbə qazanan Ağdam təmsilçisi qrupa daha yaxın tərəfdir.

Hələlik əsas mərhələnin 19 iştirakçısı müəyyənləşib. Onların arasında “Liverpul”, “Villyarreal”, “Roma”, “Atalanta” “Lion” kimi komandalar var.

Avropa Liqasının qrup mərhələsində oynayacağı dəqiqləşən klublar:

“Atalanta” (İtaliya), “Baçka” (Serbiya), “Bayer” (Almaniya), “Betis” (İspaniya), “Brayton” (İngiltərə), “Frayburq” (Almaniya), “Lion” (Fransa), “Liverpul” (İngiltərə), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Panatinaikos” (Yunanıstan), “Renn” (Fransa), “Roma” (İtaliya), “Servett” (İsveçrə), “Sportinq” (Portuqaliya), “Şturm” (Avstriya), “Tuluza” (Fransa), “Vest Hem” (İngiltərə), “Vilyarreal” (İspaniya).

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” matçı saat 20:00-da başlayacaq. Cütün məğlubu Konfrans Liqasının qrup mərhələsində yarışacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatma mərasimi sentyabrın 1-də keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir