İdman

Musa Qurbanlı: “İki qol da pis deyil”

Sharing is caring!


“İsveçə gələndən bunu xəyal edir və gözləyirdim. Heyrətamiz idi”.

“Report”un məlumatına görə, bunu “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunda “Degerfors”la oyunda dubl etməsi barədə danışarkən deyib.

Komandasının 4:1 hesablı qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verən 21 yaşlı hücumçu 58-ci dəqiqədə penaltini qola çevirə bilməməsinə də münasibət bildirib:

“Het-trik mükəmməl olardı. Bir gün əvvəlki məşqdə 20 dəqiqə penaltilər üzərində çalışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.

Qeyd edək ki, “Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir