İdman

Elnur İsmayılov: “Tarixi nailiyyətə görə xalqımızı təbrik edirəm, sevincli gündür”

Sharing is caring!


“Tarixi nailiyyətə görə xalqımızı təbrik edirəm. Çox sevincli gündür”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında yeniyetmə qızlardan ibarət cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Elnur İsmayılov Xorvatiyada keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis idmançıların qarşıdakı yarışlarda da uğurla çıxış etməsi üçün ustalıq səviyyələrini artırmalı olduqlarını söyləyib:

“Komanda medal sıralamasında çempion oldu, qızlarda isə Xədicə Qədəşova (52 kq) qızıl medal qazandı və Azərbaycanın cüdoda ilk qadın dünya çempionu kimi tarixə düşdü”.

İsmayılov 48 kq-da mübarizə aparan Avropa çempionu Vüsalə Hacıyevanın medal qazana bilməməsinin səbəbini də açıqlayıb:

“O, sınaq turnirlərində də medallar qazanmışdı. Bizim Vüsaləyə də ümidimiz böyük idi. Səhhətində problem olduğuna görə işlər istədiyimiz kimi alınmadı. O, hələ də yeniyetmədir. Ümid edirik ki, gələn il bizi sevindirəcək”.

Baş məşqçi Xədicə Qədəşovanın artıq gənclər arasında yarışlara qatılacağını diqqətə çatdırıb:

“O, sentyabrda Avropa çempionatında qüvvəsini sınayacaq. Ümid edirik ki, nailiyyətini təkrarlayacaq və bizi sevindirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir