İdman

Koutinyo Qətər klubu ilə anlaşdı

Sharing is caring!


İngiltərənin “Aston Villa” klubunun futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirə bilər.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əd-Duhail” onun xidmətində maraqlıdır. Klub braziliyalı vingerlə müqaviləni razılaşdırıb.

Hələlik “Aston Villa” ilə razılıq əldə edilməyib. “Əd-Duhail” Birmingem təmsilçisi ilə danışıqları davam etdirir.

Qeyd edək ki, keçən ilin yayından “Aston Villa”da çıxış edən Koutinyonun Premyer Liqa klubu ilə hələ üçillik müqaviləsi var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir