İdman

PFL-dən bu gün vəfat edən Şəhriyar Rəhimovun xatirəsi ilə bağlı təsirli paylaşım – VİDEO

Sharing is caring!


Peşəkar Futbol Liqası (PFL) bu gün vəfat edən Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimova bağlı paylaşım edib.

Qurumun “Facebook” hesabında paylaşılan videoda mərhum sol cinah müdafiəçisinin Azərbaycan Premyer Liqasında vurduğu qollara yer verilib. Postda Ələkbər Salahzadənin “Bir də gördün yox oldu adam, bir də gördün fotodu” misraları yazılıb.

Qeyd edək ki, Şəhriyar Rəhimov xərçəng xəstəliyi səbəbindən 34 yaşında dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir