İdman

Azərbaycan millisinin sabiq futbolçusu vəfat etdi

Sharing is caring!


Azərbaycan futboluna ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, milli komandanın sabiq üzvü Şəhriyar Rəhimov 34 yaşında vəfat edib.

Son olaraq “Səbail”də çıxış edən Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirmişdi.

Mərhum futbolçu karyerası ərzində “Rəvan”, AZAL, “Karvan”, “Zirə” kimi klublarda çıxış edib.

Qeyd edək ki, o, millinin heyətində də olub və doqquz oyunda forma geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir