Cəmiyyət

ATGTİ Bakı Slavyan Universiteti ilə əlaqələri genişləndirir – FOTO

Sharing is caring!

ATGTİ Bakı Slavyan Universiteti ilə əlaqələri genişləndirir.

Öz çətiri altında 100 ali və orta ixtisas təhsili müəssisəsinin tələbə gənclər təşkilatını birləşdirən, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli və İttifaqın baş katibi Orduxan Qəhrəmanzadə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev ilə görüşüblər.
Görüşdə rektor Anar Nağıyev BSU-nun özünəməxsus ənənələrə malik olan ali təhsil ocağı olduğunu qeyd edərək, universitetin əmək bazarında yüksək ixtisaslı, keyfiyyətli kadrların hazırlanmasında və ölkəmizin  inkişafında öz yerini tutan bir təhsil ocağı olduğundan söz açıb.

O, gənclərin bilik və bacarıqlarının formalaşmasında, onların universitetin idarəetməsində rolunun gücləndirilməsində və bütövlükdə gənclərin həm vətəndaş kimi, həm də peşəkar olaraq yetişməsi üçün bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən işlərin önəmini qeyd edib. Rektor Anar Nağıyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, BSU-da tələbə gənclər təşkilatının rolunun gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açıb. Bu istiqamətdə tələbə təşəbbüslərinə dəstək göstərməyə hazır olduğunu bildirib. Rektor universitetlərdə tələbə idarəetməsinin vacibliyini vurğulayaraq, müasir universitet həyatının formatının tələbəyönümlü fəaliyyət olduğunu qeyd edib. 

ATGTİ-nin sədri Pərviz Mirələmli görüş zamanı dövlət gənclər siyasətinin həyata keçirilməsində tələbə gənclər təşkilatlarının rolu, tələbə gənclərə və tələbə gənclər təşkilatlarına Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən göstərilən qayğı və bu sahədə icra olunan dövlət proqramları haqqında söz açıb. ATGTİ-nin ali təhsil müəssisələri ilə əməkdaşlığından söz açan Pərviz Mirələmli Bakı Slavyan Universiteti ilə bu aspektdə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə İttifaqın müxtəlif layihələrində BSU tələbələrinin iştirak imkanlarından, həmçinin intellektual, beynəlxalq və digər yarış və müsabiqələrdə, o cümlədən “Enactus” proqramına universitetin tələbələrinin cəlb olunması imkanlarından bəhs edib.  

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir