İdman

Azərbaycan çempionu Almaniya klubuna beş cavabsız qolla qalib gəldi

Sharing is caring!


“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ikinci oyununu da qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunun ikinci turunda Latviyada keçirdiyi görüşdə Almaniya təmsilçisi “Yan Reqensburq”u məğlub edib – 5:0.

Qolları Lukas, Erik, Xəzər Ağalizadə, İsa Atayev və Xətai Bağırov vurublar.

İlk görüşdə “İstanbul Şişli”yə qalib gələn “Araz-Naxçıvan” hazırda qrup lideridir.

UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, II tur

24 avqust

15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Yan Reqensburq” (Almaniya) – 5:0

Qollar: Erik (6:37`), Lukas (8:07`), Xəzər Ağalizadə (12:59`), İsa Atayev (25:34`), Xətai Bağırov (26:13`).

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda sonuncu oyununu avqustun 26-da “Riqa”ya (Latviya) qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir