İdman

“Qarabağ” “Olimpiya” ilə oyunun yayımlanmamasına münasibət bildirib

Sharing is caring!


“Qarabağ” klubu Sloveniyada “Olimpiya”ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, “köhlən atlar” bu barədə rəsmi “Facebook” hesabından paylaşım edib.

“Hörmətli azarkeşlər, “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, – deyə yazıda vurğulanıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və “Qarabağ” 2:0 hesabı ilə öndədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir