İdman

Musa Qurbanlı İsveçdə ilk qolunu vurdu – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda qol hesabını açıb.

Oxu.Az xəbər verir ki, o, komandanın ölkə kubokunda səfərdə “Sandviken”lə matçında fərqlənib.

Forvard 12-ci dəqiqədə “Yurqorden”in ikinci qolunu vurub. 45-ci dəqiqədə o, komandasına penalti qazandırıb.

Görüş “Yurqorden”in qələbəsiylə başa çatıb – 5:1. M.Qurbanlının komandası bu nəticə ilə növbəti mərhələyə yüksəlib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir