Cəmiyyət

Seysmoloqdan gözlənilən zəlzələ ilə bağlı vacib açıqlama – VİDEO

Sharing is caring!


Masallıda beş bal gücündə zəlzələ baş verib. Halbuki bu günlərdə Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirmişdi ki, güclü zəlzələ olmayacaq. Amma görünən odur ki, baş seysmoloqun proqnozu özünü doğrultmadı. Ekspertlər də yeni təkanların ola biləcəyini istisna etmirlər.

“Son ayda yeraltı təkanlar tez-tez baş verir. Bu, artıq mütəmadi xarakter daşımağa başlayıb. Yaşadığımız region aktivləşib. Qonşu plitələrin hərəkəti nəticəsində bizim yaşadığımız regionda titrəyişlər müşahidə olunur və biz bunun şahidi oluruq. Əlbəttə, yeraltı təkanların tez-tez baş verməsi bu təkanların artmasından xəbər verir. Mütəmadi olaraq zəlzələ baş verəcək, çünki xüsusi seysmik dövrilik indi baş verir”, – deyə seysmoloq Qulam Babayev bildirib.

Ekspertlər onu da bildiriblər ki, Azərbaycanda daha güclü zəlzələ baş verə bilər. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir