İdman

Maqnus Karlsen azərbaycanlı həkimlərə təşəkkür etdi – VİDEO

Sharing is caring!


“Dünənə nisbətən daha yaxşı hiss edirəm. Təşkilatçılara minnətdaram. Məni müalicə edən həkimlərə və tibb bacılarına təşəkkür edirəm”.

Bu sözləri Bakıda keçirilən şahmat üzrə dünya çempionatının finalçısı Maqnus Karlsen zəhərlənməsi ilə bağlı danışarkən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidmətinə açıqlamasında deyib.

Norveçli keçmiş dünya çempionu finalın sabahkı tay-brek görüşlərində daha güclü olacağına inamını ifadə edib:

“Nisbətən yaxşı olsam da, hələ də özümü mübarizə üçün tam enerjili hesab etmirəm. Sabah daha güclü olacağıma inanıram”.

O, tay-brekdə qalib gəlmək üçün yaxşı şanslarının olduğunu əlavə edib.

Xatırladaq ki, daha əvvəl M.Karlsen azərbaycanlı qrosmeyster Nicat Abasovla yarımfinal görüşündən sonra zəhərləndiyini açıqlayıb.

Qeyd edək ki, Karlsenin hindistanlı Rameşbabu Praqnananda ilə final qarşılaşmasında hər iki klassik partiya heç-heçə başa çatıb. Dünya Kubokunun qalibi sabah rapid və ya blits oyunlarında müəyyənləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir