İdman

Azərbaycan boksçusu Beynəlxalq Universitet İdman Festivalının finalına vəsiqə qazanıb – FOTO

Sharing is caring!


Azərbaycan boksçusu Tural Sarıyev Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.

Federasiyadan verilən məlumata görə, 51 kq çəkidə rinqə çıxan yığma üzvü yarımfinalda Andrey Solovyovu (Rusiya) məğlub edib.

Sarıyev 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, həlledici görüşə avqustun 24-də çıxacaq.

Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) 1/2 finalda Anel Kudayberqenlə (Qazaxıstan), Şəmsi Şahbazov (71 kq) Karlos Zarrameda (Venesuela) ilə üz-üzə gəlib. Hər 2 qarşılaşmada rəqib finala yüksəldiyindən təmsilçilərimiz bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan boksçularından Nicat Hüseynov (54 kq), Fərhad Şeydayev (75 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) da festivalda final üçün döyüşəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir