Dünya

Madridin mərkəzində güclü partlayış: Çox sayda yaralı var – VİDEO

Sharing is caring!

İspaniyanın paytaxtı Madriddə dördmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Hadisə ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılır.

Salamanka rayonunda, General Pardinyas küçəsində baş verən dağıntı zamanı on yeddi nəfər yaralanıb. Hadisənin başvermə səbəbi dəqiq bilinməsə də, qaz partlayışı ilkin versiyadır.

Xilasedicilər yaralıların sayının artması ehtimalı ilə hadisə baş verən ərazidə səhra hospitalı yerləşdiriblər.

Mənbə: El Pais

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir