İdman

“Sabah” səs-küylü transferə hazırlaşır

Sharing is caring!


Rusiyanın “Ximki” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını “Sabah”da davam etdirə bilər.

Bu barədə “Sport-Express” məlumat yayıb.

Bildirilib ki, futbolçu hazırda I Liqa təmsilçisində fərdi proqram üzrə məşq edir. Onun hər hansı zədəsi yoxdur.

A.Quliyev sonuncu dəfə iyulun 17-də “Tümen”lə çempionat oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb.

Ayazın atası Bəxtiyar Quliyev azərbaycanlıdır. Futbolçu Moskva “Spartak”ının yetirməsidir və bu klubda çıxışı ilə məşhurlaşıb. Onun Azərbaycan millisinə cəlb olunması gündəmdədir.

“Sabah”dan Oxu.Az-a bildirilib ki, klubdan, həqiqətən, futbolçuya maraq göstərilib. Lakin hazırda keçidlə bağlı dəqiqləşən bir şey yoxdur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir