Dünya

Yunanıstan 63 ocaqda meşə yanğını ilə mübarizə aparır – VİDEO

Sharing is caring!


Yunanıstan yanğınsöndürənləri son 24 saat ərzində ölkədə 63 ocaqda başlamış meşə yanğını ilə mübarizə aparırlar.

Məlumata görə, son dərəcə ekstremal hava şəraitində, əsasən də fırtınalı küləklər səbəbindən ölkənin bir çox bölgəsində eyni vaxtda baş verən yanğınların söndürülməsi üçün böyük səylər göstərilib.

Qeyd edək ki, avqustun 19-dan ölkənin şimal-şərqində Aleksandropolis ətraflarında davam edən güclü yanğını söndürmək hələ də mümkün olmayıb. Üç gün ərzində 13 yaşayış məntəqəsinin sakinləri təxliyə olunublar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir