İdman

Azərbaycanın idman gimnastlarından Misirdə uğurlu nəticə – FOTO

Sharing is caring!


Azərbaycanın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirdə medallar qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, kişilərin yarışında üç idmançı fəxri kürsüyə çıxmağa müvəffəq olub.

Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə dayaqlı tullanmada bürünc medala layiq görülüblər.

Qadınlardan ibarət yığma komandamızın üzvü Xədicə Abbaszadə isə yeniyetmələr arasında (2010-cu il) dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir