İdman

İngiltərə Premyer Liqası: “Çelsi” azlıqda qalan rəqibinə uduzdu – VİDEO

Sharing is caring!


“Çelsi” İngiltərə Premyer Liqasının II turunu məğlubiyyətlə başa vurub.

Oxu.Az xəbər verir ki, “zadəganlar” səfərdə “Vest Hem”ə uduzublar – 1:3.

Hesabı yeddinci dəqiqədə Nayef Aquerd açıb. 28-ci dəqiqədə Karni Çukvuemeka “Çelsi”nin bərabərlik qolunu vurub. 53-cü dəqiqədə isə Maykl Antonio “çəkicdöyənlər”in  ikinci qolunu vurub. 90+5-ci dəqiqədə isə Lukas Paketa penaltidən oyunda son nöqtəni qoyub.

43-cü dəqiqədə “Çelsi”nin heyətində Entso Fernandes penaltidən yararlana bilməyib. 67-ci dəqiqədə isə ilk qolun müəllifi Aquerd qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra “Vest Hem” dörd xalla altıncıdır. “Çelsi”nin bir xalı var və 14-cü yerdə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir