İdman

Şeydayev Tailand çempionatında ilk qolunu vurdu – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında ikinci turun oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, komanda saat 15:00-da başlayan matçda “Lampun Uorrior”la qarşılaşıb. Start heyətdə meydana daxil olan Şeydayev altıncı dəqiqədə hesabı açıb. Bu, onun Tailand çempionatında, ümumiyyətlə, yeni klubunda ilk rəsmi qolu olub.

Xatırladaq ki, bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə iki illik müqavilə bağlayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir