İdman

Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini aldı

Sharing is caring!


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.

Məlumata görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə yerli komandaya uduzub.

İlk turda Çexiyanı üstələyən (3:0) Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara – 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.

Qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveçə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 20-də Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Komandalar

O

Q

M

T-F

X

1

Almaniya

2

2

0

6-1

6

2

Türkiyə

1

1

0

3-0

3

3

Azərbaycan

2

1

1

4-3

3

4

Yunanıstan

2

1

1

3-4

3

5

Çexiya

1

0

1

0-3

0

6

İsveç

2

0

2

1-6

0

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir