Cəmiyyət

Bakıda qəzada bir ailənin iki üzvü yaralandı

Sharing is caring!


Bakının Suraxanı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zığ şossesində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Lalə Elnur qızı Mikayılova, 1996-cı il təvəllüdlü Fərid Vüqar oğlu Aslanov və onun həyat yoldaşı Aysel Mirzə qızı Aslanova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir