İdman

Türkiyə Super Liqası: İkardi “Qalatasaray” – “Trabzonspor” matçına damğa vurdu – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında II turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Trabzonspor” komandaları arasında baş tutub.

Oxu.Az xəbər verir ki, İstanbulda keçirilən oyun “sarı-qırmızılılar”ın qələbəsi ilə başa çatıb – 2:0.

Hər iki qolu Mauro İkardi vurub. Argentinalı forvard 23 və 90+3-cü dəqiqələrdə fərqlənərək “Qalatasaray”a qələbə qazandırıb.

Hazırda dörd xalı olan İstanbul klubu üçüncüdür. Üç xala sahib “Trabzonspor” səkkizinci sırada qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir