İdman

Salah Cerrardı keçdi, “Liverpul” mövsümdə ilk qələbəsini qazandı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında II tur davam edir.

Oxu.Az xəbər verir ki, “Liverpul” mövsümdə ilk qələbəsini qazanıb.

Mersisayd klubu öz meydanında “Bornmut”a qalib gəlib – 3:1.

Hesabı üçüncü dəqiqədə qonaqların heyətində Antuan Semenyo açıb. 28-ci dəqiqədə Luis Dias bərabərliyi təmin edib. Səkkiz dəqiqə sonra Məhəmməd Salah penaltini dəqiq yerinə yetirə bilməsə də, qapıçının qaytardığı topu tora qovuşduraraq “qırmızılar”ı önə çıxarıb. Bu, onun Mersisayd klubunun heyətində 187-ci qolu olub. Bununla da M.Salah komandanın əfsanəsi Stiven Cerrardı geridə qoyub və klubun bombardirləri siyahısında beşinci yerə yüksəlib.

Qarşılaşmanın 62-ci dəqiqəsində isə Dioqu Jota “Liverpul”un üçüncü qolunu vurub.

Qələbə sayəsində xallarını dördə çatdıran Yurgen Kloppun komandası ikincidir. “Bornmut” bir xalla 17-ci sırada qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir