Dünya

Yaponiya hökuməti əhalinin sayını artırmaq üçün doğum müavinətinin məbləğini artırır

Sharing is caring!

Yaponiya hökuməti hamilə qadınlara 100 min yen (təxminən 1 139 manat) məbləğində doğum müavinəti ödəyəcək.

Qərar Nazirlər Kabinetinin yaxın vaxtlarda dərc edəcəyi geniş iqtisadi proqrama daxil ediləcək.

Qeyd olunur ki, bu tədbir Yaponiyada altı il dalbadal azalan doğum səviyyəsini stimullaşdırmaq məqsədi daşıyır.

Yaponiyanın Milli Əhali və Rifah İnstitutunun sentyabr ayında dərc etdiyi araşdırma göstərib ki, ölkədəki gənc qadınların və kişilərin əksəriyyəti evləndikdən sonra yalnız bir və ya heç vaxt uşaq sahibi olmamağa maraq göstərirlər.

Mənbə: Kyodo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir