İdman

Dünya Qadın Seriyası: “Neftçi” bu gün ABŞ yığması ilə üz-üzə gələcək

Sharing is caring!


3×3 basketbolu üzrə qadınlardan ibarət “Neftçi” komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyunu keçirəcək.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:25-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” qrupda “Yuanda” (Çin) klubuna 9-21 hesabı ilə uduzub, Portuqaliya yığmasına isə 21:17 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir