İdman

Neymara təyyarə, qulluqçuları olan malikanə və Səudiyyə Ərəbistanı ilə bağlı paylaşımlara görə pul veriləcək

Sharing is caring!


“Əl Hilal” Neymarın transferindən sonra onu hər cür şəraitlə təmin edəcək.

Məlumata görə, hücumçunun ixtiyarında şəxsi təyyarəsi və qulluqçuları olan böyük evi olacaq.

Braziliyalıya sevgilisi Bruna Byankardi ilə nikahsız yaşamağa icazə veriləcək. Hərçənd, ölkədə bu cür birgə yaşayış ümumiyyətlə qadağandır.

“Əl-Hilal” hər qələbəyə görə futbolçuya 80 min avro ödəyəcək. Səudiyyə Ərəbistanını tanıdan hər bir sosial media paylaşımı üçün daha 500 min avro veriləcək.

İddia olunur ki, Neymar “Əl-Hilal”dakı çıxışı zamanı imic hüquqlarına və digər imtiyazlarına nəzarət etməklə, ümumilikdə 300-400 milyon avro alacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir