Dünya

Fransada bahalaşma: Əhali qənaət rejiminə keçir

Sharing is caring!


Fransızlar mağazalarda endirim olmadığı təqdirdə gözəllik məhsulları almaqdan çəkinirlər.

Bunu “Nielsen IQ” araşdırması göstərir.

Araşdırmaya görə, inflyasiya səbəbindən fransızların təxminən yarısı şəxsi qulluq vasitələrinin alınmasında qənaət edir.

Əhalinin 45%-i inflyasiya fonunda 2023-cü ildə gözəllik vasitələri alışını azaldacaqlarını bildirib.

Ölkədə ətir qiymətləri 20-30% bahalaşdığından fransızlar daha ucuz qiymətə gigiyena məhsulları axtarır və ya mağazalarda endirim olmadığı təqdirdə alış-verişdən çəkinirlər. Bir çox insan fərdi qulluq məhsullarını onlayn alır və ya özləri hazırlayır.

Bildirilir ki, fransızların alıcılıq qabiliyyəti inflyasiya fonunda aşağı düşüb. Xüsusilə ət, pendir, yumurta, süd və bitki yağının qiymətləri bahalaşıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir