İdman

“Qalatasaray” braziliyalı futbolçunu heyətinə qatdı

Sharing is caring!


“Burada olmaqdan çox xoşbəxtəm. “Qalatasaray” Böyük azarkeşləri olan böyük bir klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Təklif alanda çox sevindim. Çempion komandada olmaq gözəl hissdir. Meydançaya çıxmaq üçün səbirsizlənirəm”.

Bu sözləri “Qalatasaray”ın yeni transferi Tete (Mateus Kardoso Lemos Martins) imza mərasimindən sonra bildirib.

İstanbul klubundan verilən məlumata görə, braziliyalı futbolçu ilə 4+1 illik razılaşma əldə olunub. Onun illik məvacibi 2.8 milyon avro təşkil edəcək.

Məlumata görə, imzalanma mərasimindən əvvəl 23 yaşlı forvard tibbi yoxlanışdan keçib. Mərasimdən sonra isə o, “Qalatasaray” klubunun muzeyini ziyarət edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir