İdman

Bölgə klubu Portuqaliyadan futbolçu transfer etdi

Sharing is caring!


Mövsümə “Neftçi” üzərində qələbə ilə başlayan “Kəpəz” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Portuqaliyanın “Eştrela” klubunun oyunçusu Latir Falla anlaşıb. Bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

29 yaşlı mərkəz yarımmüdafiəçisi ilə yaxın günlərdə müqavilə imzalanacaq. Seneqallı oyunçu Portuqaliya II liqasında müxtəlif klublarda çıxış edib.

Fall ötən mövsüm komandasının əsas heyətində çıxış edib və “Eştrela”nın Portuqaliya yüksək liqasına çıxmasında böyük rolu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir