İdman

“Barselona”nın yarımmüdafiəçisi Mahrez və Firminonun komanda yoldaşı oldu

Sharing is caring!


“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqavilə imzalayıb. Transferin məbləği 12,5 milyon avro təşkil edib.

Səudiyyə klubu 26 yaşlı fil dişilinin transferini sosial şəbəkə hesablarında açıqlayıb.

Qeyd edək ki, Kesye ötən yaydan etibarən “Barselona”da çıxış edib. O, kataloniyalıların heyətində 43 oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib. Yarımmüdafiəçi buna qədər “Milan”, “Atalanta”, “Çezena” kimi klublarda forma geyib.

Xatırladaq ki, “Əl-Əhli” daha əvvəl yay transfer pəncərəsində Roberto Firmino, Riyad Mahrez, Allan Sen-Maksimin və Eduard Mendi ilə müqavilə imzalayıb.

Mənbə: sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir