İdman

“Partizan”ın idman direktoru: “Hazırda bütün fikrimiz “Sabah”la oyundadır”

Sharing is caring!


“Hazırda bütün fikrimiz növbəti oyundadır”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Serbiya “Partizan”ının idman direktoru İvitsa Kral yerli mətbuata açıqlamasında deyib.

Bu cütün qalibi növbəti raundda “Styaua” (Rumıniya) / “Norşellan” (Danimarka) duelinin güclüsü ilə qarşılaşacaq.

Pley-off mərhələsinin püşkatmasını dəyərləndirən funksioner hər iki rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

“Hər şey gözlədiyimiz kimi getsə, bu barədə düşünmək olar. Onu deyim ki, “Osasuna” və ya başqa güclü komanda ilə düşməkdənsə, bu kollektivlərdən biri ilə oynamaq daha yaxşı olacaq. Amma əvvəlcə “Sabah”ı keçməliyik”.

Qeyd edək ki, “Sabah”la “Partizan” arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir